“Neftçi” Futbol Akademiyasının komandaları məşqlərə başladı

“Neftçi” Futbol Akademiyasının komandaları bu gün yeni mövsümün hazırlığına start verib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, U-19, U-17, U-16, U-15, U-14, U-13, U-11, U-10 və qızlardan ibarət U-13 komandaları məşqlərə başlayıb. U-12 komandası isə sabah hazırlığa start verəcək. U-13-dən (qızlar) başqa digər komandalar məşqlərini klubun bazasında keçirlər.

Xatırladaq ki, pandemiya səbəbindən “Neftçi” Futbol Akademiyasının komandalarının məşqləri mart ayının əvvəllərindən dayandırılmışdı.

Share: