Neymarla Ronaldo eyni komandada oynaya bilər

“Yuventus” PSJ-nin futbolçusu Neymarı transfer etməyi planlaşdırır.

“Mundo Deportivo”un məlumatına görə, Turin klubu braziliyalı hücumçunun transferi uğrunda mübarizədə “Barselona”ya qalib gəlmək istəyir. Bundan başqa, A Seriyası təmsilçisinin bu sazişə Paulo Dibalanı da daxil edə bilər.

Qeyd olunub ki, Neymarın yüksək maaş tələbi bu trasnferinin reallaşmamasına səbəb ola bilər. Çünki Kriştiano Ronaldoya illik 30 milyon avro maaş verən “Yuventus” 28 yaşlı oyunçuya daha az maaş verməyi düşünür. Onun Turin təmsilçisinə keçmək istəyəcəyi təqdirdə, maaşda güzəştə getməli olacağı vurğulanıb.

Qol.az

Share: