Nigeriyada 300-dən çox məktəbli qaçırıldı

Nigeriyanın şimalındakı Cangebe şəhərində silahlı şəxslər 300-dən çox məktəbli qızı qaçırıb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə Zamfara ştatının qubernatorunun nümayəndəsi bildirib.

Hazırda məktəblilərin axtarışları davam etdirilir.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Share: