Nigeriyada iki icma arasında qarşıdurmalara son qoymaq istəyən 16 hərbçi ölüb.
Bu barədə Nigeriya Silahlı Qüvvələrinin briqada generalı Tukura Qusau məlumat verib.
“Delta ştatının Bomadi bölgəsində 181-ci Hava Desant Batalyonunun komandiri, 2 mayor, 1 kapitan və 12 əsgəri həlak olub”, – o, “Politics Nigeria” xəbər portalına deyib.
Bildirilib ki, onlar mühasirəyə alınaraq öldürülüblər.
Aidiyyəti qurumlar hadisə ilə bağlı araşdırma aparır. Artıq bir neçə nəfər həbs edilib.