“Nikol özü üçün əlverişli məqamda hamını bir saniyə tərəddüd etmədən ayağa verəcək…”

Milletinsesi.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu ölkənin informasiya təhlükəsizliyi üzrə ekspert Karen Vrtanesyan yazır:

“Cəlalın (“Qarabağ müdafiə ordusu”nun keçmiş komandiri Cəlal Arutyunyan. – Red.) ittiham aktından sonra Nikola xidmət edən bütün məmurlar bir sadə şeyi başa düşməlidirlər: Nikolun qanunsuz əmrlərinin sözsüz icrası onsuz da onları xilas etməyəcək.

Özü üçün əlverişli anda Nikol bir saniyə belə tərəddüd etmədən hər kəsi ayağa verəcək.

Diktaturanın məntiqi belədir, gec-tez səni əzəcəklər – səhv etmisən və ya diktatora sadiq olmusan, rol oynamaz.

Sadəcə, diktaturanın məntiqi tələb edir ki, sistemlər mütəmadi olaraq silkələnsin və öz yerlərində güclənməyə və özlərini rahat hiss etməyə başlayan bəzi əsas oyunçular cəsarətlə ləğv etsinlər ki, qalanlar da rəisdən qorxsunlar.

Sizin sualınız ayağa verilib -verilməməyinzdən deyil, bunun nə vaxt baş verməsindən ibarətdir…

Mənbə

Share: