Norveç çempionatı dayandırıldı

Kişilər arasında futbol üzrə Norveç liqası dayandırılıb.

Qol.az-ın xəbərinə görə, bu haqda Norveç Futbol Federasiyasının (NFF) saytı məlumat yayıb. Bu qərar koronavirus pandemiyası səbəbindən qəbul edilib. NFF prezidenti Terye Svendsen bildirib ki, 2020-ci ilin sonuna kimi Norveç çempionatı dayandırılır. “İkinci Dünya müharibəsindən sonra normal yarış keçirmək mümkün deyil” – deyə o vurğulayıb.

Qadınlar arasında ölkə çempionatı isə davam etdiriləcək.

Qeyd edək ki, Norveçdə bu mövsüm 16 turun matçları keçirilmişdi.

Xatırladaq ki, bu ölkənin son çempionu “Mölde” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibidir.

Share: