Norveç və Aİ-nin 17 ölkəsi Ukraynaya silah tədarükü ilə bağlı müqavilə imzalayıb

Avropa İttifaqının 17 ölkəsi və Norveç Ukraynaya təchizat üçün sursatların birgə alınması layihəsini imzalayıb.

Bu barədə Avropa Müdafiə Agentliyinin yaydığı bəyanatda deyilir.

Belə ki, 18 ölkə Ukrayna üçün 155 mm-lik artilleriya sursatlarının birgə alınması və öz ehtiyatlarının bərpası layihəsinə imza atıblar.

Bundan əvvəl Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borel Aİ-nin Ukraynaya 12 ay ərzində 1 milyon döyüş sursatı verməsi barədə qərarını açıqlamışdı, bu planın həyata keçirilməsi üçün 2 milyard avro ayrılacaq.

Mənbə

Share: