Nura: “Hisslər təkcə ehtiras üzərində olmamalıdır”

“Uzun zamandır sevmirəm. İndi o yaşda deyiləm ki, gördüm, üz cizgiləri xoşuma gəldi, sevdim. Xeyr! Mənim də insanlarda sevdiyim xüsusiyyətlər var. Sürətpərəstəm və buna da fikir verən xanımam”. 

 

Bu sözləri Nura Suri “MTV maqazin” verilişinə müsahibəsində deyib. 

 

Sənətçi bəylərdə onun diqqətini çəkən xüsusiyyətlərdən bəhs edib:

 

“Kişilərdə üstün verdiyim keyfiyyət sözünün ağası olması, qayğı göstərməsidir. Yəni yanımda hiss edim ki, kişi var. Yoxsa hər işimi, problemimi özüm həll edirəmsə… Düşünürəm ki, xanımın arxasınca gəlib, qapını açıb, aparıb, qayğı göstərərlər. Gülü necə bəsləyirsən, xanıma da elə baxmalısan. Hisslər təkcə ehtiras üzərində olmamalıdır. Hörmət görməlisən. Kişi sənə xanımlığını hiss elətdirməlidir.  Belə olan halda sən o kişini sevə bilirsən”. 

 

Mənbə

Share: