Nurgül Yeşilçay ən yaxşı aktrisa adını qazandı

İranın “Gözəl Cin” filmində baş rolu canlandıran Nurgül Yeşilçay Hollivudda keçirilən “Next Generation Indie Film Awards”da “ən yaxşı aktrisa” mükafatını qazanıb.

Millətin Səsi.az xəbər verir ki , 2019-cu ildə İranda çəkilən filmdə Yeşilçay ‘Dilaram’ adlı obrazı canlandırıb..Müstəqil film festivalları arasında önəmli yeri olan “Next Generation Indie Film Award”-da aktrisa Nataşa Lyon, rejissor Farah Nabulsi kimi məşhur adlar da mükafatlandırılıb.

Pandemiyadan əvvəl İranda Bayram Fəzlinin rejissorluğu ilə çəkilmiş filmdə baş rollarda Nurgül Yeşilçay və iranlı aktyorlar Fərhad Aslani və Leyla Zare oynayıb.

Share: