Nüvə müharibəsinin nəticəsi ağlasığmaz olacaq

Rusiyanın Ukraynada nüvə silahından istifadə riski minimaldır, lakin alyans bu məsələyə çox ciddi yanaşır.

 

Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin NTV kanalına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, nüvə başlıqlarının istifadəsi ilə bağlı bəyanatlar verən Rusiya özünü “məsuliyyətsiz və ehtiyatsız” aparır.

 

“Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi riski azdır, lakin bunun nəticələri ağlasığmaz olacaq, ona görə də biz buna çox ciddi yanaşırıq. Rusiya məsuliyyətsiz və ehtiyatsız davranır. Nüvə silahları münaqişənin xarakterini dəyişəcək. Nüvə müharibəsində qaliblər olmur. Biz bunu hər kəsə izah etmək istəyirik”, – Stoltenberq deyib.

 

Akif İsmayılov 

Mənbə

Share: