Nyu-York meri iftar ziyafəti təşkil etdi… Xörəklər türk restoranından…-İBRƏTAMİZ-FOTOLAR

Təəssüf ki,. müsəlman hesab olunan bəzi şəhərlərin  merlərinin belə tədbirlər təşkil etməyə pulu, imkanı çatmır…

 

Nyu-York meri Erik Adams şəhərin müsəlman icmasının nümayəndələri üçün iftar (mübarək Ramazan ayında iftar- axşam yeməyidir) təşkil edib. 

 

Moderator.az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

Manhettendə Surroqat Məhkəməsinin binasında təşkil olunan iftarda Nyu-Yorkda yaşayan müsəlman icmasının aparıcı simaları, İslam ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri və əməkdaşları iştirak ediblər. Qonaqlar arasında Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür də olub.

 

Adams müsəlmanları müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edib və keçmiş prezident Donald Tramp dövründə müsəlmanlara qarşı qoyulan qadağalara qarşı mübarizə apardığını qeyd edib. Bələdiyyə sədri şəhərdəki müsəlmanlara hər zaman dəstək olmağa hazır olduğunu vurğulayıb. 

200 nəfərlik iftar menyusunu Nyu Yorkdakı türk restoranının sahibi Əli Rza Doğan hazırlayıb. O, “Anadolu” agentliyinə bildirib ki, 18 ildir ki, meriya üçün iftar menyusu hazırlayır. “Mən fəxr edirəm ki, onlar hər il türk restoranı seçirlər. Bəzən türk bayrağı olan köynəklərdə xidmət göstəririk,  bəzən də hər yerdən türk bayraqları asırıq”, – deyə restoran sahibi bildirib. Eyni zamanda, bu il Nyu-Yorkdakı müsəlman icmasının bəzi nümayəndələri Adamsı Qəzza zolağında atəşkəs çağırışlarını dəstəkləmədiyinə görə dəvət etməkdən imtina ediblər.

 

P.S Təəssüf ki,. müsəlman hesab olunan bəzi şəhərlərin  merlərinin belə tədbirlər təşkil etməyə pulu, imkanı çatmır…

 

S.Laçın

 

Mənbə

Share: