“Tottenhem”in və Niderland millisinin yarımmüdafiəçisi Xavi Simons zədə səbəbindən DÇ-2026-nı buraxacaq.
Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 34-cü turunda “Vulverhempton”la keçirilən oyunda zədələnib. Ön çarpaz bağlar qopan futbolçu ən azı bu ilin sonuna qədər meydama çıxa bilməcək.
Futbolçu bu barədə sosial şəbəkə hesabındakı paylaşımında yazıb: “Deyirlər ki, həyat bəzən qəddar olur və bu gün bunu xüsusilə dərindən hiss edirəm. Mövsüm mənim üçün qəfil başa çatdı və mən hələ də bunu anlamağa çalışıram. Açığını desəm, ürəyim qırılıb. Bütün bunların heç bir məntiqi yoxdur”.
Qeyd edək ki, Niderland millisi bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda Yaponiya, İsveç və Tunis ilə F qrupunda mübarizə aparacaq.


