Avqustun 4-də gecə saat 4 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki marketlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Milletinsesi.az-a verilən xəbərə görə, onun Göyçay rayon sakini 23 yaşlı Heydər Nağıyev olması məlum olub və 38-ci Polis Bölməsinə təhvil verilib.