Azərbaycanda 175 nəfər hakim olmaq üçün imtahan verib

 

Dövlət İmtahan Mərkəzində (DİM) 175 hakimliyə namizəd üçün yazılı imtahan keçirilib.

Milletinsesi.az xəbər verir ki, Hakimlərin Seçki Komitəsi əvvəlcə imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal zala gətirilib. Namizədlər həmin suallar sırasından təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.

Dörd saat davam edən imtahanda hakimliyə namizədlərə sualları cavablandırmaqla kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlist izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Anonimləşdirilmiş cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndiriləcək və nəticələr yaxın günlərdə elan olunacaq.

Mənbə

Share: