Dəniz sahilindən qanunsuz qum daşıyanlar CƏRİMƏLNDİ

 

Xızıda dəniz sahilindən, Şəkidə çaydan qanunsuz qum daşıyan şəxslər cərimələnib.

Bu barədə Milletinsesi.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, Dövlət Xidmətinin əməkdaşları Xızı rayonunun Yaşma qəsəbəsinin Xəzər dənizi sahilindən və Şəki rayonu ərazisindən keçən Şin çayının Əyriçaya tökülən hissəsindən qanunsuz qum daşınması faktları müəyyən ediblər: “Araşdırma zamanı qum qarışığının Xızı rayonunda üzərində dövlət nömrə nişanı olmayan ekskovator və Fuad Atabayevin idarə etdiyi “Shacman” markalı, 77-EL-684 dövlət nömrə nişanlı yük avtomobili, Şəki rayonunda isə Vüsal Qarazadə tərəfindən ağır texnika vasitəsilə daşındığı məlum olub. Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

Share: