Oğuz rayonunda 3 tondan artıq narkotik bitki məhv edilib.
Bu barədə Milletinsesi.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında yabanı halda bitmiş 3 ton 144 kq narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı Oğuz Rayon Polis öbəsində araşdırma aparılır.