Gəncədə sərxoş kişi öz evini yandırdı

Gəncə şəhərində ev sahibi özünə məxsus yaşayış evinə od vurub.

Report-un məlumatına görə, Gəncə şəhər sakini, Şahin Hüseynov yaşadığı evi yandırıb. Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsində 3 otaqlı ev içərisindəki əşyalarla birlikdə yanıb.

İlkin məlumata görə, ev sahibi hadisəni törədən zaman sərxoş olub. Faktla bağlı araşdırma aparılır.

 

Share: