Ölkə ərazisində taxıl biçini ilə bağlı operativ məlumat

İyunun 12-nə olan operativ məlumata görə, ölkə ərazisində 235159 hektar ərazidə taxıl biçini aparılıb, 203507,7 hektar ərazidə arpa, 31651,3 hektar ərazidə buğda biçini başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Milletinsesi.az-a bildiriblər ki, ümumilikdə, bu günədək ölkə üzrə 699511,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 29,7 sentner təşkil edir.

Bərdə rayonunda arpa biçini başa çatıb. Kürdəmir rayonunda isə arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29926 hektar sahənin 28944 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax, Bərdə, Beyləqan, Samux, Goranboy, Qax, Masallı, Ağcabədi, Füzuli, Ağdam və Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Rayon Arpa sahəsi, ha Biçilmiş sahə, ha Məhsuldarlıq, s/ha
Neftçala 31404 28315 25,1
Şəki 21626,3 12800 34,0
Biləsuvar 14900 13571 32,0
Sabirabad 9600 8799 37,7
Zərdab 5730 5205 30,5
Yevlax 5082,5 4600 29,0
Cəlilabad 4509,1 4210 35,2
Bərdə 2568 2568 31,0
Beyləqan 1765 1681 27,7
Samux 3544 2472 35,1
Goranboy 11500 7956 24,0
Qax 2881 2120 26,1
Masallı 2786 2269 18,1
Ağcabədi 5637 4530 30,0
Füzuli 8505 6642 30,5
Ağdam 2215 1489 36,3
Tərtər 3814,5 2495 33,1

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

Qeyd edək ki, bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

Share: