Pakistanda 5,4 bal gücündə zəlzələ baş verib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri təxminən 236 000 əhalisi olan Dera Qazi Xan şəhərindən 91 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntılar barədə məlumat yoxdur.


