Bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra, martın 29-u cənub rayonlarında, 30-dan 31-dək isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milletinsesi.az-a bildirilib ki, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var.