Ölkəmizdə vaksinasiya bu tarixdən başlayır – Rəsmi

Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb.

Milletinsesi.az Report-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat yayıb.

“Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiya başlanılacaq. Sərtləşdirilmiş karantin rejiminin yumşalıb-yumşaldılmaması barədə isə məlumatım yoxdur”, – İbrahim Məmmədov bildirib.

 

Share: