Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alındı

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları ölkəyə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Milletinsesi.az-a bildirilib ki, Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Mercedes Benz” markalı avtomobil Bakı şəhəri, Nizami rayonu ərazisində saxlanılıb. Azərbaycan vətəndaşının idarə etdiyi həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı, orada siqaretlərin olduğu müəyyən edilib. Daha sonra Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin dayanacağına gətirilən avtomobilə təkrar baxış keçirilib. Yoxlama zamanı, avtomobilin salonunda 2 ədəd sellofan torbada üzərində Azərbaycanın aksiz markası olmayan cəmi 12 min 760 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Share: