Ölümsüzlüyə inanan 45 yaşlı milyoner: Hər gün 30 həkim nəzarət edir

Qurduğu texnologiya şirkəti ilə milyonlar qazanan 45 yaşlı iş adamı Brayan Conson yaşlanmanın qarşısını almağın və ölümsüzlüyün mümkün olduğunu düşünür. Nə qədər qəribə olsa da, milyoner bütün ömrünü ömrü bitməsin deyə sərf edir.

Brayanın “Project Blueprint” adı verdiyi bu gəncləşmə əməliyyatı üçün hər il bu məqsədlə 2 milyon dollar xərclədiyi bildirilir. O, 30 nəfərlik bir həkim heyəti ilə çalışır. Bu heyətə isə qocalma terapiyaları ilə tanınan 29 yaşlı Oliver Zolman rəhbərlik edir.

Brayan Conson hazırda 45 yaşındadır və həqiqətən də gənc görünüşü ilə diqqət çəkir. İş burasındadır ki, o, heç bir estetik və kosmetik müdaxilədən istifadə etmədən belə görünür.

Hər səhər 05:00-də oyanan və axşam 20:30-da yatan, gündəlik ancaq müəyyən kalori ilə qidalanan iş adamı veqan diyetası ilə bəslənir və davamlı olaraq məşq edir. O, gündə 80 ədəd vitamin və mineral əlavəsindən istifadə edir. Həkimləri isə hər gün onun qanını, ürək, qaraciyər və böyrəklərini müayinə edirlər.

Onun bu hədəf uğrunda mübarizəsi isə həyat yoldaşından ayrıldığı zaman başlayıb. Qısa müddətdə 27 kiloqram arıqlayan iş adamı intihar fikrinə düşəcək qədər depressiya keçirib, daha sonraisə belə bir həyat yaşamağa qərar verib.

Brayan Conson, oğlu və atası arasında ilk dəfə nəsillərarası qan və plazma transferı həyata keçirilib. Consona oğlundan və atasından 1 litr qan köçürülüb. Onun oğlu 18, atası isə 70 yaşındadır.

Daha gənc canlılardan yaşlı canlılara qan köçürülməsi gəmiricilər üzərində müsbət nəticə vermişdi. Lakin Brayan Conson sosial media üzərindən etdiyi açıqlamada bildirib ki, sözügedən qan nəqli onun orqanizmində gözlənilən nəticəni verməyib.

(metbuat.az)

Mənbə

Share: