Oman körfəzində tankerlə naməlum ölkənin silahlı qüvvələri arasında insident baş verib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, UKMTO-ya Oman körfəzində tanker və silahlı qüvvələrin iştirakı ilə baş vermiş insident barədə məlumat daxil olub.
Mərkəz yaxınlıqdakı gəmilərin heyətlərinə ehtiyatlı olmağı və ərazidəki hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.


