“Onlar bir-birini çeynəməyə başlayıb, günahkar axrarışındadır…”

“Yoldaş Şoyqu və Gerasimov, siz kişisiniz, yoxsa yox? Olmaya, özünüzü batırmısınız?..”

 

“Ukraynaya qarşı bu mənasız müharibəni başlayan bir nəfərin problemini həll etməyincə, hamınızı “suç keçisi” edərək sıradan çıxaracaqlar…”

 

Rusiya təbliğatı Limandakı məğlubiyyətdən sonra ritorikasını dəyişib…

 

Solovyov, Skabeyeva, Simonyan, habelə, Kremlyönlü şərhçi və blogerlər cildini dəyişib.

 

Moderator.az xəbər verir ki, bu barədə “Vesti” nəşri yazıb.

 

Rusiya təbliğatı Rusiya ordusunun Limandakı məğlubiyyətindən sonra öz ritorikasını tamamilə dəyişib. Qələbə ruhlu “hər şey plan üzrə gedir” bəyanatların əvəzinə, KİV-lər məğlubiyyətin günahkarlarını axtarır və xüsusi əməliyyatın gedişimdə lazımi dəyişikliklər edilməsi haqqında fikir yürüdürlər.

 

Ukrayna KİV-kəri (“Ukrainskaya pravda”) hesab edir ki, “cəbhədəki uğursuzluqlar ucbatından təbliğatçılar Kremldən üz döndərir”. Əlbəttə, bu, hələlik baş verməyib, lakin öndə olan təbliğatçılardan Solovyov, Simonyan, Skabeyevavın ritorikasının dəyişməsi göz önündədir. 

 

Amerikanın müharibəni öyrənən İnstitutunun (ISW) analitikləri Xarkov vilayətində və Limanda məğlubiyyətdən, habelə, səfərbərlik baş verəndən bəri Rusiyanın informasiya məkanının dəyişilməsini göstərir. 

 

Televiziyada generallların tənqidi baş verir ki, əvvəllər buna görə həbs oluna bilərdin.

 

“Putinin elan etdiyi qismən səfərbərlik geniş ictimaiyyətin gözündə Kremlin müharibəni məhdud əməliyyat kimi təqdim etməsi fikrini darmadağın edib”, – ISW yazır.

 

ISW qeyd edir ki, hərbi rəhbərlik daha açıq və ucadan tənqid edilməyə başlanılıb. Skabeyevanın həyat yoldaşı, deputat Yevgeni Popov dərc etdiyi postunda Rusiyadan “əsl demokratiya” və “məhkəmə hakimiyyətinin islahatını” tələb edib. 

 

Marqarita Simonyan generallara basqı göstərərək, onların qərarlarının “ölkəyə və xalqa” ziyan vura biləcəyini deyib. O, generalları müdafiə etməyəcəyini vəd edib. 

 

Qirkin-Strelkov kimi hərbi bloger və şərhçilərin isə ritorikası daha aqressivdir. Onlar generalların “divara dirənməsini”, yaxud siravilər kimi ön cəbhəyə göndərilməsini tələb edir. 

 

Maraqlıdır ki, Rusiya telekanallarındakı tok-şoularda Vladimir Putinin də ünvanına “cəsarətsiz tənqid” səslənib. O, əsasən, “Kiyevi yerlə bir etmək və hamını qətlə yetirməkdə qətiyyətsizliyin olmamasında” suçlanır.

 

BBC-nin rus xidməti Limandakı məğlubiyyətdə rusiyalı təbliğatçıların günahkar axtarmasını qeyd edir. Məsələn, Ramzan Kadırov və “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin məsuliyyəti ordunun, konkret olaraq Mərkəzi Hərbi Dairəsinin komandanı, general-polkovnik ALeksandr Lapinin üzərinə qoyaraq, generalları “bacarıqsız” adlandırır və “xəyanətdə” şübhəli bilir.

 

Üzdəniraq “DXR”-in sabiq müdafiə naziri İqor Qirkin-Strelkov bütün məğlubiyyətləri Baş Qərargah rəisi Valeri Gerasimovla əlaqələndirir. 

 

Dövlət Dumasın spikeri Vyaçeslav Valodinin sabiq müşaviri, hazırda populyar bloger olan Anastasiya Kaşıvarova generallara sual edib: “Siz kişisiniz, yoxsa yox? Yoldaş Şoyqu və Gerasimov, olmaya, özünüzü batırmısınız? Prezidentin bundan xəbəri varmi? Ona kim məruzə edir?”.

 

Yazıçı Zaxar Prilepin Limanın Ukrayna Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsini belə təsvir edir: “Rus şəhəri Qırmızı Limana USQ daxil olur. Bizim şəhərimizə, Rusiyanın şəhərinə! Bundan sonra hər bir itkimiz baş komandanın şəxsi itkisi olacaq”.

 

Ukrayna prezidenti Vladimir Zelenski vəziyyəti şərh edərkən deyib: “Onlar bir-birini sancmağa başlayıb, günahkarlar axtarır. Uğursuzluqlara görə hansısa generalları suçlayırlar. Bu ilk siqnal Rusiya hakimiyyətinin bütün səviyyələrində eşidilməlidir. Rusiyanın Ukraynaya qarşı bu mənasız müharibəni başlayan bir nəfərin problemini həll etməyincə, sizləri bir-bir “suç keçisi” edərək sıradan çıxaracaqlar, təki müharibənin “Rusiya üçün tarixi yanlışlıq” olduğunu etiraf etməsinlər”.

Mənbə

Share: