“Onlar Ermənistanın əzələlərini süni şəkilkdə şişirdirlər”

Tofiq Abbasov: “İstəyirlər ki, regionda heç olmasa “ortabab” bir qarşıdurma baş versin”

 

“Fransa, Hindistan və bəzi qüvvələr Ermənistana hərbi-siyasi dəstək göstərməklə onun əzələlərini süni şəkildə şişirtməyə çalışırlar”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, məqsəd regionda yeni bir gərginliyə nail olmaq, bu gərginlik fonunda öz maraqlaırnı yerinə yetirməkdir:

 

“Bu qüvvələr çalışırlar ki, heç olmasa regionda “ortabab” bir qarşıdurma baş versin. Onlar da bu qarşıdurma və gərginlik fonunda öz istəklərini yerinə yetirsinlər, imperialist maraqlarını təmin etsinlər. Lakin onlar bilməlidirlər ki, Ermənistana nə qədər kömək etsələr də, əsla Azərbaycan üzərində uğura nail ola bilməyəcək. Ermənistanın belə bir qarşıdurmadan qazanclı çıxmaq, qalib gəlmək şansı sıfıra bərabhərdir və bu həqiqət heç vaxt dəyişməyəcək”.

 

Seymur ƏLİYEV

Mənbə

Share: