Onunla vidalaşmağa 230 mindən çox insan gəldi…

Xəbər verildiyi kimi, Braziliyanın “Santos” futbol klubunun stadionunda əfsanəvi futbolçu Pele ilə vida mərasimi keçirilib.

Moderator.az xəbər verir ki,  “TV5MONDE” kanalının yaydığı məlumata görə, futbol kralı ilə  ilə vidalaşmaq üçün 230 mindən çox insan Santos stadionuna gəlib.

Pele ilə vidalaşma 24 saat davam edib. Mətbuatın yazdığına görə, futbolçu ilə son vidalaşanlardan biri Braziliyanın yeni prezidenti Lula da Silva olub.

.Qeyd edək ki, Pele 19 il “Santos”da oynayıb. Braziliya yığması ilə 3 dəfə Dünya Çempionatının qalibi olub və karyerasını “Nyu-York Kosmos”da başa vurub. Hücumçu “Santos” və “Nyu-York Kosmos” komandalarının heyətində vurduğu 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.

 

Əfsanəvi futbolçu 82 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun vəfat etməsindən sonra Braziliya hökuməti ölkədə üç günlük milli matəm elan edib.

 

Sultan Laçın

Mənbə

Share: