OPEC Azərbaycanda gələn il neft hasilatı üzrə proqnozunu artırıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2021-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

Bu barədə “APA-Economics” OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 750 min barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnozdan 20 min barel azdır (öncəki proqnoz 770 min barel idi). Proqnozun azaldılmasının səbəbi kimi, cari ilin ikinci yarısında qaz kondensatı hasilatının gözlənilən azalması göstərilir.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 820 min barel səviyyəsində olacağı gözlənilir ki, bu da öncəki proqnozla müqayisədə 20 min barel çoxdur.

Qeyd edilir ki, 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.

Share: