Ordumuza yeni texnikalar alındı

Azərbaycan Ordusu üçün yeni tırtıllı və xizəkli texnika vasitələri alınıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, yeni texnika ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınması təmin edilir.

 

 

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında səfəri zamanı yeni texnikalara baxış keçirib.

Share: