Ordunun hərbi rütbələrini öyrənə bilməyib…

 

“Ukraynaya tank tədarükünün taleyi necə olacaq?..”

“Almaniya Ukraynaya tələb olunduğu qədər yardım etməyə hazırdır…”

“Nazirin istefasından öncə görünməmiş uğursuzluqlar baş verib və rüsvayçı bəyanatlar səsləndirilib…”

“Nazir tankların verilməsində müttəfiqləri gözləməyi tövsiyə edib…”

Almaniyanın müdafiə naziri Kristine Lambrext öz vəzifəsindən getmək qərarına gəlib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, hökumət məmurları onun varisini müzakirə edir. Mümkündür ki, bu posta hərbi komissar Yeva Heql təyin edilsin.

Lambrext istefaya öz arzusu ilə gedir. Federal kanslerin idarəsi belə qərar qəbul etməyə onu vadar etməyib.

“Bild” qeyd edir ki, nazirin istefasından öncə “görünməmiş uğursuzluqlar seriyası” baş verib və rüsvayçı bəyanatlar səsləndirilib. O cümlədən xatırlanır ki, ötən ilin yanvarında Rusiya-Ukrayna sərhədində 200 min əsgər dayananda Lambrext Ukraynaya 5 min kaska göndərilməsi ilə öyünüb.

Rusiya Federasiyasının hərbi müdaxiləsindən sonra kansler Olaf Şolts “dönüş epoxası” barədə bəyanat verdiyi zaman o, tərksilah barədə söhbətlər aparıb. Bundan başqa o, özü etiraf edib ki, alman ordusunun hərbi rütbələrini öyrənə bilməyib.

Lakin müharibənin əvvəlindən o, dəfələrlə bəyan edib ki, Almaniya Ukraynaya tələb olunduğu qədər yardım etməyə hazırdır.

Lambrext Almaniyanın müdafiə naziri postunda 8 dekabr 2021-ci ildən fəaliyyət göstərib. Buna qədər Ədliyyə və istehlakçıların hüquqlarının müdafiəsi  nazirliyininə rəhbərlik edib. Daha sonra Ailə, yaşlı vətəndaşlar, qadlnlar və gənclərin işləri üzrə nazirliyə rəhbərlik edib.

Nazirin istefası haqqında xəbərdən öncə bir neçə həftə ərzində Ukraynaya “Leopard” tankalarının verilməsi müzakirə edilib. Lambrext digər müttəfiqlərin bunu etməyənədək müasir tankların tədarükünün əleyhinə çıxıb.

Bu arada isə “Bloomberq” agentliyi yazır ki, Almaniya gələn həftə yanvarın 20-də Ramştayn aviabazasında müttəfiq ölkələrin müdafiə nazirlərinin görüşünədək bu məsələ barəsində qərar qəbul edəcək.

Güman edilir ki, bu qərar “Leopard” tanklarının verilməsinin xeyrinə olacaq.

Qarşıdakı sammitdə postunu tərk edən nazir tanklarla bağlı dəqiq cavab verəcəkdir, agentliyin mənbələrindən biri deyib.

Mənbə

Share: