Ötən gün 99 cinayətin üstü açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 99 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə Millətin Səsi.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Share: