Özəl universitetlərin tələbələrinin “SABAH” qruplarına qəbulu aparılmır

Özəl universitetlərin tələbələri üçün bakalavr pilləsi üzrə “SABAH” qruplarına qəbul aparılmır.

 

Modern.az xəbər verir ki, bunu “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev Təhsil TV-də yayımlanan “Təhsil masası”nda deyib.

Onun sözlərinə görə, özəl ali məktəblərin tələbələrin “SABAH” magistraturasına müraciət edə bilərlər: “Gələcəkdə özəl universitetlərin, xarici vətəndaşların və Elm və Təhsil Nazirliyinə tabe olmayan universitetlərin tələbələrinin “SABAH” qruplarına müraciət etmək imkanlarının yaradılması ilə bağlı müzakirələr aparılır”.

Mənbə

Share: