Özbəkistan Qarabağdan sonra Hatayda da məktəb tikəcək

Özbəkistan Hatayda müasir evlər, məktəblər tikmək və infrastruktur yaratmaq niyyətindədir.

 

Modern.az “Kun.uz”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyədə keçirilən Fövqəladə Zirvə Toplantısındakı çıxışı zamanı danışıb.

 

O bildirib ki, Özbəkistan Hatayda müasir evlər, məktəblər, sosial infrastruktur obyektləri tikməyi planlaşdırır. Mirziyoyev bu vilayətdən olan gəncləri də bu yay Özbəkistana səfərə dəvət edib.

 

Qeyd edək ki, Özbəkistan oxşar təşəbbüslə işğaldan azad olunmuş Azərbaycan ərazilərində məktəb inşa edilməsi layihəsi həyata keçirir.

Mənbə

Share: