“Özümü yaxşı tərəfdən göstərməyə çalışacam” – “Keşlə”nin yeni transferi

“Keşlə”nin yeni transferi Tural Axundov klubun rəsmi saytına açıqlama verib.

Milletinsesi.az Qol.az-a istinadən xəbər verir ki, o, növbəti mövsüm üçün hədəflərini açıqlayıb:

“Keşlə”dən təklif gələn kimi məmnuniyyətlə qəbul etdim. Bu keçid baş tutduğu üçün çox şadam. Yeni klubda oynamaq, Avropa Liqasında iştirak etmək bir sınaqdır və özümü yaxşı tərəfdən göstərməyə çalışacam. “Keşlə” medallar uğrunda mübarizə aparır və inanıram ki, növbəti mövsüm də uğurlu çıxışımızı davam etdirəcəyik”.

Share: