Paket çatışmazlığı :İran planından geri çəkildi

Paket çatışmazlığı :İran planından geri çəkildi

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin miqyasını genişləndirmək planından hələlik geri çəkilib.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, Trampın bu qərarı qəbul etməsinə yüksək vəzifəli müşavirlərinin xəbərdarlıqları səbəb olub.

Bildirilir ki, daha genişmiqyaslı hərbi əməliyyat ABŞ-ın hava hücumundan müdafiə raket ehtiyatlarının, xüsusilə də Yaxın Şərqdə yerləşən Amerika qüvvələrinin müdafiəsində istifadə olunan “Patriot” raketlərinin sürətlə tükənməsinə gətirib çıxara bilər.

Məhz bu risklər nəzərə alınaraq Vaşinqton hazırda İranla bağlı hərbi strategiyasını yenidən qiymətləndirir.

Share: