Pakistan səfiri: “İkitərəfli münasibətlərə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edirəm”

 

Pakistan səfirliyi ölkənin Müstəqillik Gününü qeyd edib.

Milletinsesi.az xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iştirak edib.

Müstəqilliyin 75-ci ildönümü şərəfinə səfirlikdə Pakistanın bayrağı qaldırılıb, bu ölkə Prezidentinin və Baş nazirinin məktubları oxunub.

Bilal Haye jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan ilə Pakistan arasında münasibətlər ən yüksək səviyyədə inkişaf edir və bir çox sahələri əhatə edir və dərin tarixə malikdir: “Azərbaycan həmişə Pakistanı dəstəkləyir, necə ki, Pakistan da Azərbaycana dəstək verir. Ölkəmiz Azərbaycanın müstəqilliyini ilk tanıyanlardan olub. İkitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycan hökumətinə təşəkkür edirəm”.

Mənbə

Share: