“Pakistanda xeyli insan xəstəlikdən ölə bilər”

“Yaxın həftələrdə Pakistanda daha çox insan xəstəlik səbəbindən ölə bilər”.

 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, ölkədə suların səviyyəsi azalsa da, təhlükə getdikcə artır: “Daşqınlar nəticəsində 1500-dən insan həyatını itirib. Lakin yaxın vaxtda durum daha da ciddi ola bilər. Pakistanın səhiyyə sisteminin təxminən 10 faizi sıradan çıxıb. Milyonlarla insan səhiyyə xidmətindən məhrum olub. Əsas dərman və tibbi ləvazimat ehtiyatları məhduddur”.

 

Baş direktor həmçinin vurğulayıb ki, xəstəliyə nəzarət mexanizmləri zəifləyib.

 

Mənbə

Share: