Panda-kafedə ayı əvəzinə boyanmış itlərlə baş aldatdılar

Çinin Çendu şəhərindəki kafelərin birində müştəriləri aldadaraq panda əvəzinə “çau-çau” cinsli itləri boyayıb nümayiş etdiriblər.

Milletinsesi.az oxu.az-a istinadən xəbər verir ki, kafedə baş verənlər içtimaiyətin qəzəbinə səbəb olub.

Veterinar həkimlər qeyd ediblər ki, boyalar itlərin dərisinə böyük zərər vura bilər.

Kafe sahibləri isə bildiriblər ki, ancaq bahalı və keyfiyyətli boyalardan istifadə ediblər. Hər rənglənmə onlara təxminən 300 manata başa gəlib.

Share: