“Parkovşik”i döyən qadın saxlanıldı

Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücünün şəxsiyyəti məlum olub və o, saxlanılıb.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov bildirib.

A.Qafarov qeyd edib ki, həmin qadın P.M. (ad, soyad şərtidir) Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilib, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbirlər görülüb.

Xatırladaq ki, hadisə Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzinin yanında baş verib. Qadın sürücü naməlum səbəbdən avtomobildən düşərək ərazidə çalışan parklanma nəzarətçisini təpikləyib. Hadisə anı ətrafda olanlar tərəfindən mobil telefon vasitəsilə lentə alınıb.

Share: