Parlament büdcə ilə bağlı qanunu qəbul etdi

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında “2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilərək II oxunuşda qəbul olunub.

Milletinsesi.az xəbər verir ki, büdcə müzakirələrində iki deputat çıxış edib.

Daha sonra vergilər naziri Mikayıl Cabbarov çıxış edib.

Sonda deputatlar layihəni səsə qoyaraq qəbul edib.

Xatırladaq ki, ötən il büdcənin gəlirləri 22 508 869,7 min manat, xərcləri isə 22 731 644,5 min manat olmaqla təsdiq edilib.

 

Share: