Parlament hökumətin hesabatını qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2022-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib.

 

Modern.az xəbər verir ki, iclasda Baş nazir Əli Əsədovun təqdim etdiyi hesabat dinlənilib. Hesabat deputatların müzakirəsinə çıxarılıb. Daha sonra səsverməyə çıxarılaraq qəbul edilib.

 

Deputatların hesabatla bağlı səsləndirdikləri rəy və təkliflər sistemləşdirilərək Milli Məclis tərəfindən Nazirlər Kabinetinə göndəriləcək.

Mənbə

Share: