Ermənistan baş nazirinin müavini Mher Qriqoryan ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo ilə görüşüb.
Millətin Səsi.az “Armenpress”ə istinadən xəbər verir ki, tərəflər Ermənistandakı iqtisadi prosesləri müzakirə ediblər.
Görüşdə ABŞ və Ermənistan arasında əməkdaşlığı davam etdirmək niyyəti vurğulanıb.
Adeyemo ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan və ixrac nəzarətindən yayınmasının qarşısını almaq üçün ölkəsinin qlobal səylərini Qriqoryanın diqqətinə çatdırıb.