AFFA İcraiyyə Komitəsi qərar verdi: Canni De Byazi vəzifəsində qalacaq

  • Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi postunda qalacaq.

Bu barədə “Report”a qurumun İcraiyyə Komitəsinin üzvü Zaur Axundov açıqlama verib.

O bildirib ki, italiyalı mütəxəssisin hesabatı dinlənildikdən sonra baş məşqçi vəzifəsində saxlanılması barədə qərar qəbul olunub.

***

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.

Moderator.az-ınn məlumatına görə, toplantı qurumun inzibati binasında baş tutub.

İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb.

İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib.

Toplantıda İK üzvü Mahir Məmmədov iştirak etməyib. O, “Report”a verdiyi açıqlamada bildirib ki, Tbilisi – Bakı üzrə səhər reysi təxirə salındığı üçün Gürcüstandan gələ bilməyib.

Yekun qərarların yaxın saatlarda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

Mənbə

Share: