Pavel Paşayev ayın futbolçusu seçildi

Pavel Paşayev ayın futbolçusu seçildi

Ukraynanın “Aleksandriya” klubu oktyabr ayının ən yaxşı futbolçusunu müəyyənləşdirib.

Qol.az xəbər verir ki, azarkeşlər arasında aparılan səsvermədə Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev 1-ci olub. O, digər namizədlər Vladislav Babaqlo və Vasili Qritsuku qabaqlayıb.

Qeyd edək ki, “Aleksandriya” oktyabrda Paşayevin də iştirak etdiyi 4 oyunun 1-də qələbə qazanıb, 1-də heç-heçə edib, 2-də məğlub olub.

Share: