Paytaxtda ayaqyolu PROBLEMİ: Sakinlərin ictimai sanitar qovşağının az olmasından şikayətçidirlər

Bakıda ictimai ayaqyolunun sayının az olması paytaxt sakinləri ilə yanaşı turistləri də narahat edir.

Şəhərin mərkəzi parklarında ictimai ayaqyolu olsa da, paytaxtın digər rayonlarında, insanların çox olduğu ərazilərdə sanitar qovşaqlar yox dərəcəsindədir.

İctimai ayaqyollarının qiyməti 40 qəpikdir. Ödənişli olmasına baxmayaraq, burada sanitariya qaydalarının gözlənilməməsi, həmçinin pulsuz ayaqyolunun olmaması insanları narahat edir.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Mənbə

Share: