Paytaxtda bahalı maşın qaçırılıb

Bakıda avtomobil qaçırılıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Belə ki, fevralın 3-ü saat 22 radələrində Nəsimi rayonu ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Hüseynov Qaradağ rayonu ərazisində həmin avtomobillə saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Mənbə

Share: