Paytaxtda jurnalisti və müğənnini avtomobil vurdu

Milletinsesi.az xəbər verir ki, jurnalist Elvin Elxan və müğənni Nuran Məmmədov ağır yol-nəqliyyat hadisəsi keçiriblər.

Onlar 29 iyul tarixində 22:00 radələrində Azərbaycan Milli Kitabxanasının yaxınlığındakı piyada keçidindən yolu qarşı tərəfə keçmək istəyərkən sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil tərəfindən vurulublar.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E.Elvin və N.Məmmədov özəl klinikalardan birinə yerləşdiriliblər.

Hazırda onlar həkim nəzarətindədirlər.

Mənbə

Share: