Pentaqon Ukraynaya “Abrams” tankları göndərməyi planlaşdırır

Pentaqon payızda Ukraynaya “Abrams” tankları göndərməyi planlaşdırır.

Bu barədə “Associated Press” məlumat yayıb.

Bundan əvvəl ABŞ hakimiyyəti Ukraynaya 31 yeni “M1A2 Abrams” tankı göndərmək niyyətini açıqlamışdı.

Sonradan isə köhnə modellərin – “M1A1″in göndərilməsinə qərar verilib.

Qeyd edək ki, sürəti 40 km/saatdan çox olan “Abrams” tankları Rusiya istehsalı olan əksər tanklardan üstün hesab edilir.

Mənbə

Share: