Petekkaya ilə xanımının qohumları həlak oldu

 

Xəbər verdiyimiz kimi, Türkiyədəki zəlzələ nəticəsində dağıntılar altında qalanlar arasında məşhur aktyor Erkan Petekkayanın yaxınları da olub.

Aktyor həyat yoldaşı Didem növbəti dəfə paylaşım edərək yaxın qohumlarının xilas edilə bilinmədiyini açıqlayıb.

“Olmadı… Allah hər kəsin köməkçisi olsun” deyə, o, paylaşımında yazıb.

Qeyd edək ki, daha əvvəl cütlük qohumları – İsmail Kuseyrioğlu, Ayşegül Kuseyrioğlu, Zeynep Kuseyrioğlunun (9 yaşında) dağıntılar altında qaldığını bildirərək yardım istəmişdilər.

Mənbə

Share: