Peyvənd olunanların sayı AÇIQLANDI – FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 826 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 519, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 68, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 183, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 56 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 13 934 743, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 398 385, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 899, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 696, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 763 nəfər təşkil edir.

Mənbə

Share: